Hulusi Akar: “Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Azərbaycanı bütün imkanlarımızla dəstəkləyəcəyik”

Hulusi Akar: “Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Azərbaycanı bütün imkanlarımızla dəstəkləyəcəyik”
  • Clock-gray 17:34
  • calendar-gray 20 Oktyabr 2020

“Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq”.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik”, - deyə nazir vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər