MN: İşğal olunmuş ərazilərdə Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyi təmin ediləcək

MN: İşğal olunmuş ərazilərdə Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyi təmin ediləcək
  • Clock-gray 17:38
  • calendar-gray 24 Oktyabr 2020

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edib.

Müdafiə Nazirliyindən APA-ya daxil olan məlumata görə, müraciətdə xəsarət almamaları üçün mülki əhalinin hərbi obyekt və infrastrukturdan uzaq durması tövsiyə olunur.

Bundan başqa, müraciətdə deyilir ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

apa-logo-mini

Digər xəbərlər