MN: Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

MN: Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
  • Clock-gray 14:06
  • calendar-gray 24 Oktyabr 2020

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

apa-logo-mini

Digər xəbərlər