Atəşkəs rejimi 23 dəfə pozulub

Atəşkəs rejimi 23 dəfə pozulub
  • Clock-gray 09:18
  • calendar-gray 22 Yanvar 2020

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date