Belçikaya səfər edən Tural Gəncəliyev Avropa Parlamentinin deputatları ilə görüşüb

Belçikaya səfər edən Tural Gəncəliyev Avropa Parlamentinin deputatları ilə görüşüb
  • Clock-gray 17:27
  • calendar-gray 04 Dekabr 2019

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın paytaxtı Brüsseldə səfərdədir.

APA-nın xəbərinə görə, bu barədə icmanın sədri Tural Gəncəliyev "Twitter" hesabında bildirib.

Brüsselə səfəri çərçivəsində Tural Gəncəliyev Avropa Parlamentinin deputatı, Avronest Parlament Assambleyasının sədri Andrius Kubilius və Avropa Parlamentinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədr müavini Rasa Yukneviçiene ilə görüşüb.

“Evimizə qayıtdıqdan sonra Dağlıq Qarabağın azərbaycanlı icması Dağlıq Qarabağın erməni icması ilə sülh şəraitində yaşamağa hazırdır”, - deyə T. Gəncəliyev görüşdə qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date