Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub
  • Clock-gray 09:31
  • calendar-gray 27 May 2020

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

APA Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

apa-logo-mini

Digər xəbərlər