MN: İtki verən düşmən geri oturdulub, Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər yaralanıb - YENİLƏNİB

MN: İtki verən düşmən geri oturdulub, Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər  yaralanıb - YENİLƏNİB
  • Clock-gray 17:23
  • calendar-gray 12 İyul 2020

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

***

saat 16.17

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Hər iki tərəfdən itki var.


Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

apa-logo-mini

Digər xəbərlər