Mayk Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"

Mayk Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"
  • Clock-gray 12:26
  • calendar-gray 28 May 2020

ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiq qalır.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqına ünvanladığı təbrikdə qeyd edib.

"ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiq qalır. Bu il COVID-19 pandemiyası səbəbindən dünya unikal çağırışlarla üzləşmişdir. Amma mən əminəm ki, Azərbaycan xalqı bu çətinliklərin üzərindən cəsarət və qətiyyətlə gələcək. Azərbaycan xalqı ilə birgə olan Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir", - Mayk Pompeo bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər