Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kardinal irəliləyiş yoxdur

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kardinal irəliləyiş yoxdur
  • Clock-gray 18:07
  • calendar-gray 04 İyun 2020

“Rusiya həlli uzanan Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin tərəfdarıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

“Bu ölkələrlə uzun dostluq, əməkdaşlıq tarixi əlaqələri olan qonşu ölkə kimi, həm də Minsk Qrupunun həmsədr dövləti kimi mümkün olanı edirik ki, bu münaqişənin həllinə konstruktiv töhfə verək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

O qeyd edib ki, münaqişənin nizamlanmasında kardinal irəliləyiş yoxdur: “Lakin təsdiq edə bilərəm ki, nikbinlik qalır”.

Fərid Əkbərov

Digər xəbərlər