Rusiyalı ekspert: "Xocalı hadisəsini törədənlər məsuliyyətə cəlb olunmalıdır"

Rusiyalı ekspert: "Xocalı hadisəsini törədənlər məsuliyyətə cəlb olunmalıdır"
  • Clock-gray 10:09
  • calendar-gray 26 Fevral 2020

"B iz Xocalıya ədalət tələb edirik. Xocalı hadisəsi ədalətli şəkildə araşdırılmalı və ən başlıcası bu vəhşi-hərbi cinayəti törədənlər, çoxlu sayda günahsız dinc sakini qətlə yetirənlər mühakimə olunmalıdırlar". 

Bunu APA-nın Moskva müxbirinə Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.  

"Beynəlxalq hüquq normaları və Cenevrə Konvensiyasına görə, hərbi əməliyyatlar zamanı dinc əhali qorunmalıdır. Lakin biz Xocalıda bunun əksinin şahidi olduq. Dinc, günahsız insanlar şüurlu şəkildə qətlə yetirildi. Hesab edirəm ki, Xocalıda ədalət zəfər çalmalıdır. Xocalıda dinc əhalini öldürən hərbi cinayətkarlar və bu cinayətin əmrini verənlərin adları çəkilməlidir, onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Nəzərə alsaq ki, bəşəriyyətə, insanlığa qarşı törədilən cinayətlərin müddəti olmur, o zaman hesab edirəm ki, qətlə yetirənlər və əmri verənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq səviyyədə proses başlanılmalıdır. Məhz bu yolla Xocalıda ədaləti bərpa edə bilərik", - deyə rusiyalı hərbi ekspert vurğulayıb. 

İ. Korotçenko ötən il Bakıda keçirilən Xocalı yürüşündə iştirakını da xatırlayıb: "Ötən il biz rusiyalı deputatlarla, ictimai və siyasi xadimlərlə birgə bu dinc yürüşdə iştirak edərək Azərbaycan xalqının Xocalı dərdinə şərik olduğumuzu bildirdik. Rusiya ictimaiyyəti və ekspert cameəsi də Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir".     

 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date