YAP-ın İcra Katibliyində “Xocalı faciəsi fotolarda” adlı sərgi açılıb

YAP-ın İcra Katibliyində “Xocalı faciəsi fotolarda” adlı sərgi açılıb
  • Clock-gray 12:59
  • calendar-gray 25 Fevral 2020

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Xocalı faciəsi fotolarda” adlı sərgi açılıb.

APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov,   YAP İcra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputatlar - Aydın Mirzəzadə, Səməd Seyidov, Hikmət Babaoğlu, Azər Badamov, Elman Nəsirov və digərləri iştirak edib. 

Əli Əhmədov çıxış edərək deyib ki, Xocalı faciəsi bəşəriyyətə və insanlığa qarşı çevrilmiş faciələrdən biridir: “Bu sadəcə hərbi cinayət deyil. Həlak olan insanların yeganə günahı onların azərbaycanlı olması idi. Xocalı faciəsi sözün bütün həqiqi mənasında qətliam hesab olunmalıdır. Azərbaycan xalqının tarixində ən dəhşətli, qandonduran, tükürpədən faciələr içərisində Xocalı soyqırımı ayrıca yer tutur. Qocaların, uşaqların, qadınların ən qəddar şəkildə qətlə yetirilməsi, qətlə yetirilən meyitlərinin təhqir olunması ondan xəbər verir ki, bu bəşəriyyətə qarşı çevrilmiş bir vəhşilik, bir cinayət idi. Biz Xocalı hadisəsini birmənalı şəkildə, qəti olaraq soyqırımı hesab edirik. Azərbaycan xalqı heç zaman bu soyqırımı unutmayıb, unutmur və heç zaman unutmayacaq. Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşına çevrilib və Azərbaycan xalqının tarixinin bütün mərhələlərində ən qanlı faciə kimi Azərbaycan xalqı ilə birlikdə yaşayacaq”. 

Ə. Əhmədov bildirib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması və soyqırımı kimi qəbul olunması istiqamətində böyük işlər görülür, xüsusilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər nəticəsində bir sıra dövlətlərdə Xocalı faciəsi soyqırımı kimi qəbul olunub: “Bəşəriyyətə qarşı törədilən cinayətləri izləyən və buna münasibət bildirən beynəlxalq qurumlar Azərbaycana və bəşəriyyətə qarşı soyqırımı törətmiş insanların cəzalandırılması üçün heç bir addım atmayıb”.

Xocalıdan olan millət vəkili Elman Məmmədov bildirib ki, bu gün bütün xocalılar üçün danışmaq çox ağırdır: “Çünki bu gün Xocalının son günüdür. Biz 28 il bundan öncə bilmirdik ki, fevralın 25-i Xocalının son günü olacaq”.

Çıxışlardan sonra foto-sərgiyə baxış keçirilib.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date