47 saylı Mingəçevir Seçki Dairəsinin üç məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb - YENİLƏNİB

47 saylı Mingəçevir Seçki Dairəsinin üç məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb    - YENİLƏNİB
  • Clock-gray 17:05
  • calendar-gray 19 Fevral 2020

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Qurbanəli Yusibov və İbrahim Salamovun şikayətinə baxılıb.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətçilər öz müraciətlərində təqdim etdikləri 3 videogörüntü ilə 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Araşdırma nəticəsində isə yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Digər seçki məntəqələrində müraciət edənlərin iddiaları əksini tapmayıb”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Bu dairə üzrə lider namizəd YAP-ın namizədi Aydın Mirzəzadədir. 

***

16.06

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date