94 saylı Bərdə Kənd Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib

94 saylı Bərdə Kənd Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib
  • Clock-gray 17:42
  • calendar-gray 24 Fevral 2020

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  94  saylı Bərdə Kənd Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Dadaş Əhmədin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK 94  saylı Bərdə Kənd Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date