Azərbaycanda ötən il 7 min hektardan çox torpaq sahəsi bələdiyyə və sahiblərinə qaytarılıb

Azərbaycanda ötən il 7 min hektardan çox torpaq sahəsi bələdiyyə və sahiblərinə qaytarılıb
  • Clock-gray 17:13
  • calendar-gray 31 Mart 2020

Azərbaycanda ötən il bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi və müraciətlərə baxılması nəticəsində qanunsuz olduğu müəyyən edilmiş 305 hektar torpaq sahəsinin mülkiyyətə, 6 664 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında bələdiyyə aktları Ədliyyə Nazirliyinin təltifləri və iddiaları əsasında bələdiyyələr tərəfindən ləğv edilib və məhkəmələr tərəfindən etibarsız sayılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)" əksini tapıb.

Məruzədə qeyd edilib ki, bütövlükdə qanunsuz verilmiş 7 019 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bu, ötən illə müqayisədə 18,5% çoxdur.

Firuzə Vahid

Digər xəbərlər