Deputat Bakıda yaşıllıqların suvarılması məsələsini qaldırıb

Deputat Bakıda yaşıllıqların suvarılması məsələsini qaldırıb
  • Clock-gray 11:25
  • calendar-gray 02 İyun 2020

“Çox təəssüf ki, bu gün Nəsimi rayonunda yaradılan yaşıllıqların suvarılması problem olaraq qalmaqdadır. Bu, Bakının bütün rayonlarında belədir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllıqların qorunması üçün heç bir iş görülmür: “Bu problemin ən qısa zamanda həll olunmasını xahiş edirəm. Vətəndaşlar öz hesabına bu problemi həll etməyə çalışsalar da, bu alınmır. Həmin idarə edilən müraciətlərə cavab verməli, tədbirlər görməlidir”. 

Firuzə Vahid

Digər xəbərlər