Deputat: “Koronavirus sınağından az itki ilə çıxmaq üçün bütün cəmiyyət həmrəylik nümayiş etdirməlidir"

Deputat: “Koronavirus sınağından az itki ilə çıxmaq üçün bütün cəmiyyət həmrəylik nümayiş etdirməlidir"
  • Clock-gray 20:12
  • calendar-gray 19 Mart 2020

“Azərbaycanda əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır”.

Bunu APA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik nitqində səsləndirdiyi fikirlərlə bağlı deyib.

F. Yıldırım bildirib ki, ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlərin də dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsidir: “Karantin tədbirləri davam etdirilir, ən müasir 4 laboratoriya alınıb. Hazırda Azərbaycanda laboratoriyaların sayı 10-a çatıb. Azərbaycanın müxtəlif bölgələrində 10 xəstəxana xüsusi rejimdə işləyir. Xəstəliyə qarşı mübarizəni daha da gücləndirmək və koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksəltmək məqsədilə Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılıb. Bundan əlavə, dövlət başçımızın şəxsi təşəbbüsü ilə Azərbaycana bir gecədə 200 süni tənəffüs aparatı gətirilib. Əsas məqsəd bu xəstəliyin Azərbaycanda yayılmasına imkan verməməkdir. Ümumiyyətlə, dövlət tərəfindən görülən bütün tədbirlər, şübhəsiz ki, xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycan rəhbərliyinin koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər gördüyünü diqqətə çatdırıb, həyata keçirilən işləri müsbət qiymətləndirib”.

Millət vəkili qeyd edib ki, dövlət tərəfindən məqsədyönlü tədbirlərin reallaşdırılması bir daha onu ifadə edir ki, Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür, buna nail olmaq üçün istənilən addım atılacaq: “Təbii ki, vətəndaşlar da dövlətə öz dəstəyini göstərməli, sosial məsuliyyət prinsipi əsas götürülməlidirlər. Koronavirus sınağından şərəflə və az itki ilə çıxmaq üçün bütün cəmiyyət həmrəylik, birlik nümayiş etdirməlidir”.

Dövlətimizin başçısının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamasından bəhs edən millət vəkili qeyd edib ki, bu, respublikamızda yeni sosial qayğı nümunəsidir. F. Yıldırım bu çətin və təhlükəli şəraitdə öz peşə borclarını vicdanla yerinə yetirən tibb işçilərinə və onların əməyini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date