Gülağa Aslanlı "mühacir qalmaqalı"na görə müsavatçı jurnalist Yafəz Əkrəmoğlunu məhkəmə verib

Gülağa Aslanlı "mühacir qalmaqalı"na görə müsavatçı jurnalist Yafəz Əkrəmoğlunu məhkəmə verib
  • Clock-gray 12:01
  • calendar-gray 11 Dekabr 2019

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı mühacirətdə olan jurnalist, Müsavat Partiyasının üzvü Yafəz Həsənovu (Əkrəmoğlu) məhkəməyə verib.

APA-nın məlumatına görə, G. Aslanlı Yafəz Əkrəmoğlunun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cəzalanmasını istəyib.

Şikayət Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin icraatında araşdırılacaq.

Gülağa Aslanlı APA-ya faktı təsdiqləyib. Bildirib ki, Yafəz Həsənovu Müsavat Partiyasına və ona atdığı şər və böhtanlara görə məhkəməyə verib: "Növbəti addımım Almaniya məhkəməsinə müraciət etmək olacaq".

Qeyd edək ki, Yafəz Əkrəmoğlu Müsavat Partiyasını "mühacir alveri"ndə günahlandırır. O, iddialarında Müsavat başqanı Arif Hacılı və Gülağa Aslanlının fəal iştirak etdiyini bildirir.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date