Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişir

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişir
  • Clock-gray 17:32
  • calendar-gray 25 Mart 2020

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişir.

APA-nın məlumatına görə, bu, martın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi barədə məlumatlar da dövlət reyestrinə daxil ediləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date