MSK Müsavatın namizədinin şikayətini qismən təmin edib - YENİLƏNİB

MSK Müsavatın namizədinin şikayətini qismən təmin edib - YENİLƏNİB
  • Clock-gray 18:18
  • calendar-gray 24 Fevral 2020

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 108  saylı Ağstafa Seçki Dairəsindən  qeydiyyata alınmış Müsavat Partiyasının namizədi Başxanım Abbasovanın müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.

Validə Kazımova bildirib ki, B. Abbasova müxtəlif qanun pozuntularına yol verildiyini iddia edərək seçki dairəsində seçkinin nəticələrinin ləğvini xahiş edib.

MSK-nın apardığı araşdırma zamanı isə yalnız 26 saylı seçki məntəqəsində seçkinin nəticələri seçicilərin iradəsini əks etdirmədiyi məlum olub.

MSK müraciəti qismən təmin edib  və 108  saylı Ağstafa Seçki Dairəsi üzrə 26 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, bu dairədə lider namizəd Nizami Cəfərovdur.

***

16.31

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date