MSK bir məntəqədə seçkinin nəticələrini ləğv edib

MSK bir məntəqədə seçkinin nəticələrini ləğv edib
  • Clock-gray 20:21
  • calendar-gray 24 Fevral 2020

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  64 saylı Sabirabad İkinci  Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Dilşad Əhədovanın müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.  

MSK 64 saylı Sabirabad İkinci Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date