MSK-nın mətbuat qrupunun tərkibində dəyişiklik edilib

MSK-nın mətbuat qrupunun tərkibində dəyişiklik edilib
  • Clock-gray 14:27
  • calendar-gray 17 Yanvar 2020

Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov deyib ki, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib. Buna görə də mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Q.Orucov təklif edib ki, “ANS” və “SPACE” televiziya kanalları, "Kaspi", “Olaylar” və “Gündəlik Teleqraf” qəzetləri qrupun tərkibindən çıxarılsın, Mətbuat Şurası, “Azad Azərbaycan” TV, “Real” Təhlil və İnformasiya Mərkəzi (“Real” TV) “Report” İnformasiya Agentliyi və “Gündəlik Teleqraf” MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun tərkibinə daxil edilsin.

Təklif səsə qoyularaq qəbul edilib.

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date