Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib
  • Clock-gray 19:03
  • calendar-gray 31 Mart 2020

Martın 31-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib. 

Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitənin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.

Komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri - Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan 2 məsələni  birinci oxunuşda müzakirə ediblər.

Birinci məsələ - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununa uyğunlaşdırılması məqsədi daşıyır.   

İkinci məsələ - Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa  edilən əlavə və dəyişikliklər isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.

Müzakirələrdən sonra sənədlərin Milli Məclisdə müzakirəsi məqsədə uyğun hesab edilib.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date