Milli Məclisin deputatları və əməkdaşlarından ibarət xüsusi qrupun yaradılması təklif olunub

Milli Məclisin deputatları və əməkdaşlarından ibarət xüsusi qrupun yaradılması təklif olunub
  • Clock-gray 12:28
  • calendar-gray 31 May 2020

Millət vəkili sosial şəbəkələrdə səslənən fikirlər, informasiya təhlükəsizliyinin təmin olunması, məsələnin hüquqi müstəvidə tənzimlənməsi məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün Milli Məclisin deputatları və əməkdaşlarından ibarət xüsusi qrup yaradılmasını təklif edib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Hikmət Babaoğlu belə bir təkliflə çıxış edib.

O bildirib ki, bu sahədə beynəlxalq praktika bir daha öyrənilməlidir: “Sosial şəbəkələrdə səslənən fikirlərlə bağlı səslən fikirlərlə bağlı məsuliyyətin tətbiq olunması heç də insan hüquq, söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi başa düşülməməlidir. ABŞ prezidenti tərəfindən bu istiqamətdə verilən təklif də sosial şəbəkələrdəki xaosun qarşısını almağa xidmət edir”. 

Firuzə Vahid

Digər xəbərlər