Milli Məclisin iclasının gündəliyinə 16 məsələ daxil edilib

Milli Məclisin iclasının gündəliyinə 16 məsələ daxil edilib
  • Clock-gray 09:15
  • calendar-gray 27 Mart 2020

Milli Məclisin 30 mart tarixində keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. 

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. 

Bunlar, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi, “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi (I oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 17 may tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi haqqında qanun layihəsi (l oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” layihə, “Quru limanlar haqqında” hökumətlərarası sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanun layihəsi, “Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik edilməsi, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihələri və hökumətlərarası bir neçə sazişdir.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date