Siyavuş Novruzov: “Cümhuriyyətin varisi bizik, onlar isə vətən xaini, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır”

Siyavuş Novruzov: “Cümhuriyyətin varisi bizik, onlar isə vətən xaini, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır”
  • Clock-gray 12:15
  • calendar-gray 01 İyun 2020

“Bir-iki nəfər insanlarda elə fikir formalaşdırmağa çalışır ki, guya cümhuriyyətin varisi onlardır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bugünkü Azərbaycan bu cür inkişaf etmiş, dünyada tanınan, dünyada sözünü deyən olmasaydı, hansı varislikdən söhbət gedə bilərdi?

“Cümhuriyyətin varisi bizik. Onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır. Biz fikirlərimizi də, rəylərimizi də düzgün istiqamətdə formalaşdırmalıyıq. Bu gün İlham Əliyev həm də Demokratik Cümhuriyyətin prezidentidir”, - deyə C. Novruzov bildirib.

Firuzə Vahid

Digər xəbərlər