Siyavuş Novruzov: “Artıq hər dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyənləşib”

Siyavuş Novruzov: “Artıq hər dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyənləşib”
  • Clock-gray 12:40
  • calendar-gray 12 Dekabr 2019

"Yeni Azərbaycan Partiyası 126 nəfər səlahiyyətli nümayəndə, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəni Mərkəzi seçki komissiyasına təqdim edib. MSK artıq bunu təsdiqləyib". 

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb: "Bununla bağlı işlər aparılır, proses gedir və bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik. Siyahını Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Yeni Azərbaycan Partiyasının kifayət qədər potensialı və seçkilərdə təcrübəsi var. Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyənləşib. Yəni hər bir şey hazırdır. Sadəcə olaraq namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslər başlayacaq”.

 

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date