VHP növbədənkənar parlament seçkilərində iştirak edəcək

VHP növbədənkənar parlament seçkilərində iştirak edəcək
  • Clock-gray 14:59
  • calendar-gray 09 Dekabr 2019

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurasının iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda növbədənkənar parlament seçkiləri müzakirə edilib.

VHP sədri Sabir Rüstəmxanlı ölkədəki ictimai-siyasi vəziyyət, növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış yeni siyasi situasiya haqda geniş çıxış edib. Sabir Rüstəmxanlı VHP-nin hər zaman parlamentdə təmsil olunduğunu bildirərək qarşıdan gələn seçkilərdə də iştirakın vacibliyini diqqətə çatdırıb.

Daha sonra millət vəkili, VHP sədrinin müavini Fəzail İbrahimli çıxış edərək partiyanın parlament seçkilərində iştirakına tərəfdar olduğunu bildirib.

VHP seçki qərargahının rəhbəri, mərkəzi icra aparatının rəhbəri Samir Əsədli partiyanın seçki hazırlığı, seçki ilə bağlı təqvim planını siyasi şura üzvlərinin diqqətinə çatdırıb.

Siyasi Şura partiyanın 9 fevral 2020-ci il parlament seçkilərində iştirakına qərar verib.

VHP-nin parlament seçkilərində səlahiyyətli nümayəndələrinin siyahısı və maliyyə məsələləri üzrə məsul şəxs təsdiq edilib.

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date