Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib

Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib
  • Clock-gray 19:20
  • calendar-gray 24 Fevral 2020

Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış edərək deyib ki, 2020-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilib. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin nəticələri haqqında protokollar, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 14 fevral tarixli Qərarı Ali Məhkəməyə təqdim edilib.

Təqdim edilmiş sənədlərin təhlili nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyənləşib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il 9 fevralda keçirilmiş seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiqlənib.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının ilk iclasına 23 saylı Cəhri Seçki Dairəsindən seçilmiş deputat Hacıfəxrəddin Səfərli sədrlik edib. Ali Məclisə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak etdiyindən sessiya öz işinə başlamağa səlahiyyətli hesab olunub. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. 

Səsvermə nəticəsində Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date