YAP gənclərinin “Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyası davam edir - FOTO

YAP gənclərinin “Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyası davam edir - FOTO
  • Clock-gray 13:51
  • calendar-gray 26 Mart 2020

“Bütün dünyanı sarsıdan COVİD-19-a qarşı mübarizə çərçivəsində Azərbaycanda da kütləvi tədbirlər keçirilir”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Gənclər Birliyi ofisinin əməkdaşı Aytən Hüseynova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, mart ayının 21-dən YAP gəncləri ölkə ərazisində “Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verib.

“Aksiya mart ayının 29-dək davam etdiriləcək. Aksiya çərçivəsində respublika üzrə 1000-dən artıq partiya fəalı və könüllüsü iştirak edir. Onlar son 5 gün ərzində 2500-dən çox tənha və ahılı ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar.

Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir”, - deyə o vurğulayıb.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date