
- apa.az
- Daxili siyasət
Azərbaycan Prezidenti: “Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi”
“Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Sumqayıtın qədim tarixi var, ancaq şəhər kimi Sumqayıt 70 il bundan əvvəl formalaşıb: “1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılmış və Sumqayıtın sürətli inkişafı başlamışdır. Sumqayıt sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi. Sumqayıtda bir çox sənaye müəssisələri, yeni iş yerləri yaradılmışdır. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başlamışdır. Eyni zamanda, Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olunmuşdular”.
Sumqayıtın yarandığı ilkin dövrlərdən söz açan Prezident İlham Əliyev həmin illərdə şəhərdə yaşanan ekoloji vəziyyətə də toxunub: “Əfsuslar olsun ki, şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilməmişdir, ekoloji tarazlıq pozulmuşdur. Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək”.
Azərbaycan Prezidenti bildirib ki, Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir: “1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü”.
Rəşad Sarıyev
Digər xəbərlər
XƏBƏR LENTİ
Bakıda 17 yaşlı oğlan tanımadığı şəxslər tərəfindən döyülüb
Avropa Liqası: "Qarabağ" mövsümü heç-heçə ilə başa vurub - YENİLƏNİB-5
Bakıda yeniyetmə bıçaqlanıb
Bakıda 2 bıçaqlı şəxs insanlara hücum edib - FOTO
Azərbaycanla Latviya arasında mövcud əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi aparılıb
İmişlidə baş vermiş avtoqəzada sürücülərdən biri ölüb
Elmar Məmmədyarov Latviya Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - YENİLƏNİB
Ukrayna Prezidenti Azərbaycana səfər edəcək
Hindistanda polislə nümayişçilər arasında olan qarşıdurmalarda 3 nəfər ölüb
Gürcüstanda hakim partiyanı daha bir millət vəkili tərk edib
Elmar Məmmədyarov Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçslə görüşüb
Giorgi Qaxaria: “Azərbaycanın GUAM-a sədrliyi məhsuldar və effektiv olacaq”
Abşeronda evdə yanğın olub
Tramp: “Çinlə ticarət sazişini imzalamağa çox yaxınıq”
Rusiyanın yeganə aviasiya daşıyan kreyserində baş verən yanğında xəsarət alanların sayı artıb
Tramp “Time” jurnalının Qreta Tunberqi “İlin adamı” elan etməsini gülünc adlandırıb
Xaçmazda qətl törədən şəxsin məhkəməsi başlayır
Həştərxanda Heydər Əliyevlə bağlı anım tədbiri keçirilib
"Norveç Mikrokredit” MMC-nin pulu mənimsənilib
Goranboyda məktəblini maşın vurub
UEFA türkiyəli futbolçuların əsgər salamı ilə bağlı qərar verib
Yol polisi əlil sürücünün saxlanılması məsələsinə aydınlıq gətirib
Yeni radio kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb, 5 iddiaçı var
Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracı 10% azalıb
Azərbaycanda e-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi üzrə aparılan hazırlıq işləri tamamlanıb
Ağstafada iki ədəd əl qumbarası tapılıb
Zinəddin Zidan: "Liverpul"la görüşsək, onları məhv edəcəyik"
Goranboy sakini ağacdan yıxılıb
BƏƏ-nin müvəqqəti işlər vəkili dini icmaların nümayəndələri ilə görüşüb
Dolların sabahkı məzənnəsi açıqlanıb
Gürcüstanda müxalif deputatın mandatı alınıb
Azərbaycanda ictimai işlər cəzasına məhkum olunanların monitorinq sistemi yaradılıb
Çabahar limanı yaxın 3 ildə Şimal-Cənub dəhlizinə birləşdiriləcək
Nazir: “Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik məsələləri üzrə dialoq keçiriləcək”
AQTA "quş qripi" ilə bağlı növbəti monitorinqlərə başlayır
Ekspert: "Yaxın 2-3 ildə kirayə mənzil bazarında qiymətlər stabilləşə bilər"
“Master və Marqarita” ABŞ-da ekranlaşdırılacaq
Xızıda top mərmisi tapılıb
İsrailin Baş Naziri digər nazir postlarından istefa verəcək
AAYDA-nin kollektivi ulu öndərin xatirəsini yad edib
Azərbaycanda hər yeni doğulan 4000 uşaqdan birində böyümə hormonu problemi yaşanır
“Qarabağ”ın oyununa görə metronun “Gənclik” stansiyası 00:30-a qədər fəaliyyət göstərəcək
Vəhdət Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək
Bakıda narkotikdən zəhərlənən şəxs xəstəxanada ölüb
“Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsi yaradılıb
Əli Əhmədov Vladimir Zelenski ilə görüşüb
Belarusda psixiatrik dispanserdə baş verən yanğında 2 nəfər ölüb
Latviyalı nazir: "Şadam ki, Azərbaycanla müxtəlif sahələrdə inkişaf edən əlaqələrimiz var"
Gürcüstan parlamentinin sədri: “İclas zalında baş verənlər təxribat ola bilər”
Ağdamda Heydər Əliyevin anım günü qeyd olunur - FOTOSESSİYA

VİDEO XƏBƏRLƏR


Bakıda motosiklet avtomobillərə çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb - HADİSƏ ANI - VİDEO

"Azercell" Nəsiminin qəzəllərini səsləndirilərək "Bookmate"ə daxil edib - VİDEO

Mirşahin Ağayev: “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb