Bələdiyyə seçkilərində namizədin qeydə alınması üçün zəruri sənədlərin təqdim edilməsi prosesi bu gün başa çatır

Bələdiyyə seçkilərində namizədin qeydə alınması üçün zəruri sənədlərin təqdim edilməsi prosesi bu gün başa çatır
  • Clock-gray 00:00
  • calendar-gray 22 Noyabr 2019

Azərbaycanda dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi bu gün başa çatır.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”da bildirilib.

Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 22-si saat 18:00-da başa çatır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date