Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb

 Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb
  • Clock-gray 17:01
  • calendar-gray 09 İyul 2020

Bu gün Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev arasında görüş keçirilib.

BAP Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib, bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.

Ölkədə siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlər, medianın, QHT-lərin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.

apa-logo-mini

Digər xəbərlər