Gülağa Aslanlı: “Onların böhtan atdığı təsdiqlənərsə, barələrində partiya tərəfindən tədbir görülə bilər”

Gülağa Aslanlı: “Onların böhtan atdığı təsdiqlənərsə, barələrində partiya tərəfindən tədbir görülə bilər”
  • Clock-gray 16:16
  • calendar-gray 22 Noyabr 2019

“Kiminsə məndən, yaxud hər hansı partiya üzvündən şikayəti varsa, yaradılan komissiyaya müraciət etsin”.

Bu sözləri APA-ya Müsavat Partiyasının İcra Aparatın rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, partiyada bütün şikayətlərin araşdırması ilə bağlı komissiya yaradılıb: “Kimin şikayəti varsa, həmin komissiyaya müraciət edə bilər. İddia etdikləri və əllərində olan sənədləri təqdim etsinlər. Şikayətlər araşdırılandan sonra günahkarın partiya xətti ilə cəzalandırılmasına biz də zəmanət veririk. Şikayət edən adamların böhtan atdığı təsdiqlənərsə, onlar haqda da partiya tərəfindən hər hansı tədbir görülə bilər”. 

Qeyd edək ki, Müsavat Partiyasının bəzi üzvləri başqan Arif Hacılının, aparat rəhbəri Gülağa Aslanlının və digər funksionerlərin saxta mühacir arayışları verilməsində rolu olduğunu bəyan edir, müxtəlif sənədlər yayırlar. Məsələnin araşdırılması üçün partiyada komissiya yaradılıb. 

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date