Almaniyada Azərbaycan evinin açılışı olub

Almaniyada Azərbaycan evinin açılışı olub
  • Clock-gray 10:56
  • calendar-gray 25 Dekabr 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan evinin açılışı olub.

Bu barədə APA-ya Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan evlərinin əhəmiyyətini qeyd edərək, bu məkanların dövlətini və xalqını sevən, milli maraqları üstün tutan hər bir kəsin üzünə açıq olduğunu vurğulayıb.

“Azərbaycan evləri soydaşlarımızın dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcək”, - deyə F. Muradov bildirib.

Daha sonra Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər şəxslər çıxış ediblər.

Tədbir Azərbaycan muğamlarından ibarət konsert proqramı ilə davam edib.

apa-logo-mini

Digər xəbərlər