Dövlət Komitəsi İsveçdə koronavirusdan ölən azərbaycanlı ilə bağlı məlumat yayıb

Dövlət Komitəsi İsveçdə koronavirusdan ölən azərbaycanlı ilə bağlı məlumat yayıb
  • Clock-gray 15:21
  • calendar-gray 28 Aprel 2020

İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İsveçdə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrindən alınan məlumata görə, artıq bir aydır COVID-19 virusundan müalicə alan gəncin son iki həftədə vəziyyəti daha da ağır olub.

“Stokholmda yerləşən xəstəxanada bir neçə həftə müalicə alsa da, soydaşımızın həyatını xilas etmək mümkün olmayıb və gənc həmvətənimiz ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, 1998-ci ildə İsraildə anadan olmuş, sonradan ailəsi ilə birlikdə İsveçə köçmüş A. Salayev 20 ilə yaxındır İsveçdə yaşayırdı. İsveç Texniki Universitetinin sonuncu kurs tələbəsi idi.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq mərhumun valideynlərinə baş sağlığı verir və səbir diləyirik”, - deyə məlumatda qeyd olunub.

Əsmər Qabil

Digər xəbərlər