Həştərxanda Heydər Əliyevlə bağlı anım tədbiri keçirilib

Həştərxanda Heydər Əliyevlə bağlı anım tədbiri keçirilib
  • Clock-gray 19:00
  • calendar-gray 12 Dekabr 2019

Dekabrın 12-si Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

APA-nın məlumatına görə, öncə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycan İş Mərkəzinin əməkdaşları, Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbin kollektivi və şagirdləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, abidəsi önünə əklillər, gül dəstələri qoyub, ehtiramlarını ifadə ediblər.

Daha sonra Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta məktəbdə anım mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər Heydər Əliyevin fəaliyyəti, onun həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycan tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışıblar.

Bildirilib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var.

Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının Heydər Əliyevin adını daşımasından qürur duyduqlarını vurğulayıblar.

apa-logo-mini

Digər xəbərlər