Komitə sədri: Xarici ölkələrdəki hər bir diaspor nümayəndəsi ilə əlaqə saxlamağa çalışırıq"

Komitə sədri: Xarici ölkələrdəki hər bir diaspor nümayəndəsi ilə əlaqə saxlamağa çalışırıq"
  • Clock-gray 17:45
  • calendar-gray 16 Aprel 2020

“Xarici ölkələrdəki hər bir diaspor nümayəndəsi ilə əlaqə saxlamağa çalışırıq”. 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. 

F. Muradov deyib ki, bəzən mətbuata kiminsə koronavirusa yoluxduğu barədə məlumat yayılır, bu, sonra həmin insanın özü üçün böyük problem yaradır: “Biz istənilən ölkədə diaspor nümayəndələrimizlə bağlı məlumata malikik. Ancaq bu məlumatların təqdim edilməsi müəyyən problemlər yarada bilər və KİV-in də bunu nəzərə almasını vacib sayırıq. Elə bir ökə yoxdur ki, səfirliklərimiz, konsulluqlarımız vətəndaşlarımızla maraqlanmasın”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər