Fuad Muradov: “Erməni lobbisinə ağır zərbələr endirəcəyik”

 Fuad Muradov: “Erməni lobbisinə ağır zərbələr endirəcəyik”
  • Clock-gray 11:37
  • calendar-gray 05 İyul 2018

“Erməni lobbisinin xaricdə törədiyi təxribatlardan xəbərdarıq. Bununla bağlı Azərbaycan diaspor təşkilatları fəal iş görür”.

 

APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, Komitə diaspor təşkilatları ilə bu məsələ ətrafında məsləhətləşmələr aparıb: “Türk diasporu və digər türkdilli ölkələrinin diasporları da bu işdə Azərbaycanın yanındadır, birlikdə işlər görülür”.

 

F. Muradov qeyd edib ki, erməni lobbisi öz çirkin əməllərindən əl çəkməlidir: “Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır” .

Mübariz Aslanov

Digər xəbərlər

Arxiv

date