Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb

 Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb
  • Clock-gray 14:58
  • calendar-gray 15 İyun 2018

Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüb.

 

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlər və parlamentlərarası əlaqələr nəzərdən keçirilib.

 

Z. Dzidziquri Gürcüstanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edib.

 

F. Muradov iki ölkə arasındakı qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə inkişaf etdiyini bildirib: "Azərbaycan beynəlxalq müstəvidə Gürcüstanı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".

 

Komitə sədri Gürcüstan azərbaycanlılarının ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini qeyd edib. O, Gürcüstanın müsəlman icması iıə görüşdüyünü qeyd edərək Gürcüstanda din haqqında qanunun qəbuluna böyük ehtiyac olduğunu deyib.

 

Görüşdə Gürcüstan azərbaycanlılarını narahat edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Cəmilə Babayeva

Digər xəbərlər

Arxiv

date