Fuad Muradov Almaniya azərbaycanlıları ilə görüşüb

Fuad Muradov Almaniya azərbaycanlıları ilə görüşüb
  • Clock-gray 09:04
  • calendar-gray 14 İyul 2018

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada bir sıra rəsmi görüşlər keçirib, bu ölkədə yaşayan azərbaycanlılarla bir araya gəlib, onlarla müxtəlif mövzularda müzakirələr aparıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Muradov əvvəlcə Azərbaycanın Almaniyadakı səfirliyində ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib.

Daha sonra Federal Kansler Aparatının idarə rəisi Matthias Lüttenberglə və Almaniya Daxili İşlır Nazirliyinin Qaçqınlar və Miqrasiya məsələləri üzrə müvəkkili Kristian Klosla müxtəlif mövzularda geniş müzakirələr aparılıb. Fuad Muradovun Almaniya səfərı həmçinin azərbaycanlı ailələrlə və orada təhsil alan gənclərlə keçirilən maraqlı görüşlərlə də yadda qalıb. Azərbaycanlı tələbələrlə həm də işgüzar nahar təşkil edilib. Almaniyanın şərq bölgələrində yaşayan azərbaycanlılar və diaspor təşkilatlarının rəhbərləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışılıb. Maraqlı dialoq və müzakirələrlə müşaiyət olunan görüşlərdə azərbaycanlılar onları narahat edən məsələləri dilə gətirib və təkliflərini səsləndiriblər. Azərbaycan nümayəndə heyəti ölkəmizdən məzun olmuş alman ziyalılarla da görüşüb, onlarla geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.

Mübariz Aslanov

Digər xəbərlər

Arxiv

date