Fuad Muradov Avropa ölkələrinə səfər edəcək

Fuad Muradov Avropa ölkələrinə səfər edəcək
  • Clock-gray 11:15
  • calendar-gray 09 İyul 2018

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropa ölkələrinə  ilk rəsmi səfəri başlayır.

 

Komitədən APA-ya verilən məlumata görə, F. Muradov iyulun 10-da səfərə yola düşəcək.

 

Komitə sədri 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə,  eyni zamanda  həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatlarının nümayəndələri ilə görüşəcək.

 

Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir

 

Mübariz Aslanov

Digər xəbərlər

Arxiv

date