Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb

Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Clock-gray 16:41
  • calendar-gray 13 İyun 2018

Gürcüstanda rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Marneuli şəhərində olub.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Muradov bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.

 

Görüşdə onları bir çox məsələ müzakirə olunub.

 

F. Muradov əlilliyi olan şəxslərin vəziyyəti ilə maraqlanıb, onların bir qrupuna müasir tipli əlil arabaları bağışlayıb.

 

Arabalar Əlillər Cəmiyyətinin sədri Rövşən Əliyevə təqdim edilib.

 

Bundan başqa, F. Muradov azərbaycanlı gənclərin təhsil alma imkanları, müasir biliklərə yiyələnmək üçün onlara yaradılan şəraitlə maraqlanıb.

 

Bir qrup gəncə kompyuterlər hədiyyə edilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date