Azərbaycan idmançılarının qatılacağı Avropa çempionatı təxirə salınıb

Azərbaycan idmançılarının qatılacağı Avropa çempionatı təxirə salınıb
  • Clock-gray 12:15
  • calendar-gray 18 Aprel 2020

Estoniyanın Tartu şəhərində keçirilməli olan triatlon üzrə Avropa çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Avropa Triatlon İttifaqı (ETU) iyulun 2-5-də təşkil olunması planlaşdırılan yarışı qeyri-müəyyən müddətə təxirə salmağı məqsədəuyğun sayıb. Azərbaycan idmançılarının da qatılacağı turnirin nə vaxt keçirilməsinə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra tam aydınlıq gələ bilər. 

Həmçinin, orta məsafələrə triatlon, akvatlon və akvabayk üzrə qitə çempionatı da baş tutmayacaq. İyulun 25-28-də Avstriyanın Valxzee şəhərində keçirilməsi nəzərdə tutulan turnir ümumiyyətlə ləğv edilib.

ApaSport

Digər xəbərlər