Bakıdakı Avropa çempionatına qatılacaq ölkələrin adı açıqlanıb

Bakıdakı Avropa çempionatına qatılacaq ölkələrin adı açıqlanıb
  • Clock-gray 14:39
  • calendar-gray 04 Fevral 2020

Bakıda polo üzrə Avropa çempionatına qatılacaq ölkələrin adları dəqiqləşib. 

Azərbaycan Respublikası Atçılıq Federasiyasından apasport.az saytının verilən məlumata görə, sentyabrın 10-20-də paytaxtımızda ilk dəfə təşkil olunacaq yarışa 8 komanda gələcək. 

Yığmamız qitə birinciliyində ev sahibi kimi iştirak edəcəksə, İtaliya çempionatda son Avropa çempionu kimi gücünü yoxlayacaq. Həmçinin reytinqə əsasən, turnirdə Fransa, İngiltərə, İspaniya, İsveçrə, Hollandiya və Avstriya da medallara iddia edəcəklər.  

Qeyd edək ki, 13-cü dəfə keçiriləcək Avropa çempionatında İngiltərə 6, Fransa ilə İtaliya hərəyə 2, İspaniya və İrlandiya hərəyə bir dəfə çempion tituluna yiyələnib. 

ApaSport

Digər xəbərlər

Arxiv

date