Bakıdakı Dünya Kubokunun final mərhələləri ləğv olundu

Bakıdakı Dünya Kubokunun final mərhələləri ləğv olundu
  • Clock-gray 22:02
  • calendar-gray 13 Mart 2020

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.

Apasport.az saytının məlumatına görə, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan yarış baş tutmayacaq.

Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

ApaSport

Digər xəbərlər

Arxiv

date