“Formula-1”də daha iki mərhələnin keçiriləcəyi rəsmiləşib

“Formula-1”də daha iki mərhələnin keçiriləcəyi rəsmiləşib
  • Clock-gray 13:36
  • calendar-gray 10 İyul 2020

“Formula-1” rəhbərliyi mövsümün təqviminə daha iki yarışın daxil edildiyini rəsmən açıqlayıb.

Apasport.az saytının məlumatına görə, bunlar Toskana və Rusiya Qran-Priləridir.

Sentyabrın 11-13-də Mudjelloda ilk dəfə təşkil olunacaq yarış İtaliyanın Toskana bölgəsinin adını daşıyacaq. Soçi Qran-Prisi isə sentyabrın 25-27-də keçiriləcək. Bununla da rəsmi təqvimə daxil edilən yarışların sayı 10-a çatıb.

Qeyd edək ki, iyulun 3-də Avstriyada “Red Bull” trasında start götürən mövsüm Şpilberqdəki  Ştiriya Qran-Prisi ilə davam etdiriləcək. Bundan sonra Macarıstanda bir, Böyük Britaniyada 2 mərhələ təşkil olunacaq. İspaniya, Belçika və İtaliyada da mərhələlər keçiriləcək.

ApaSport

Digər xəbərlər