Mariya Şarapova karyerası ilə bağlı verdiyi qərarın düzgün olduğunu açıqlayıb

Mariya Şarapova karyerası ilə bağlı verdiyi qərarın düzgün olduğunu açıqlayıb
  • Clock-gray 11:43
  • calendar-gray 15 May 2020

“Karyeramı bitirmək barədə qərar düzgün vaxtda qəbul olundu”.

Apasport.az saytının məlumatına görə, bunu peşəkar karyerasını bir müddət əvvəl başa vuran Rusiya tennisçisi Mariya Şarapova deyib.

Fərdi yarışlarda 36 turnirin, o cümlədən 5 dəfə “Böyük dəbilqə” seriyasından olan yarışın qalibi adına yiyələnmiş 33 yaşlı idman veteranı fevralın 26-da açıqladığı qərarı koronavirus pandemiyası üzündən bütün yarışların dayandırılması ilə əsaslandırıb: “Əks halda isə indi daim o barədə düşünəcəkdim ki, növbəti məşq nə vaxt olacaq və bu mənim nəyimə lazımdır. Koronavirus idmanla bağlı çox sayda suallar yaradıb”.

Qeyd edək ki, Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və Qadın Tennis Assosiasiyası (WTA) marda koronavirus pandemiyası üzündən yarışları dayandırmaq barədə qərar verib. Turnirlər iyunun 7-dək təxirə salınıb. Lakin sonradan vəziyyətin pisləşməsinə görə fasilə iyulun 13-dək uzadılıb. Uimbldon turniri ləğv edilib, Rolan Qarros sentyabra təxirə salınıb.

ApaSport

Digər xəbərlər