Misirli tennisçi danışılmış oyunlara görə ömürlük diskvalifikasiya olunub

Misirli tennisçi danışılmış oyunlara görə ömürlük diskvalifikasiya olunub
  • Clock-gray 13:02
  • calendar-gray 05 May 2020

Misirli tennisçi Yussef Hossam ömürlük diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, buna tennisdə neqativ hallarla mübarizə üzrə müstəqil orqan (TTU) qərar verib.

21 yaşlı afrikalı idmançı danışılmış oyunlarda iştirak üçün cəzalanıb. Hazırda dünyanın 820-ci tennisçisi olan misirli üç il öncə “Top-300”ə daxil idi.

Qeyd edək ki, Yussefin böyük qardaşı Karim də danışılmış oyunların iştirakçısı olub. O, 2018-ci ildə ömürlük diskvalifikasiya edilib.

ApaSport

Digər xəbərlər