Mübariz Qurbanlı yəhudilərdən ibarət ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb

Mübariz Qurbanlı yəhudilərdən ibarət ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb
  • Clock-gray 16:55
  • calendar-gray 05 Fevral 2020

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı yəhudilərdən ibarət ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, DQİDK sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Ölkəmizdə insanların dini etiqad azadlığının təmin olunması və qorunması üçün hüquqi baza var və hər bir vətəndaşın etiqad azadlığı dövlətin təminatı altındadır. 

Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı yəhudilərin ölkəmizdə məskunlaşma tarixi və yəhudi icmalarının Azərbaycandakı fəaliyyətindən danışıb. Qeyd edib ki, dövlət tərəfindən qeydiyyata alınan qeyri-islam dini qurumlarından 8-i yəhudi dini icmasıdır,  eyni zamanda ölkəmizdə 7 sinaqoq və bir sıra yəhudi məktəbləri fəaliyyət göstərir. Konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır.

Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında da ətraflı məlumat verilib.

Qonaqlar Azərbaycanın həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələr sırasında olmasını yüksək qiymətləndiriblər. Ölkəmizin multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətinin təqdirəlayiq hal olduğunu vurğulayıblar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə San Diyego Universitetinin professoru Martin Kruminq, Yəhudi Respublikaçılar Alyansının təsisçisi Miç Silberman, “Newsblaze” portalının jurnalisti Nurit Qrinqer və jurnalistlər  Leon Veynşteyn, Raul Kontreras daxildir.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date