Səudiyyə Ərəbistanı müsəlmanları Ümrə və Həcc ziyarətlərini təxirə salmağa çağırıb

Səudiyyə Ərəbistanı müsəlmanları Ümrə və Həcc ziyarətlərini təxirə salmağa çağırıb
  • Clock-gray 16:04
  • calendar-gray 01 Aprel 2020

Koronavirus pandemiyası ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığı müsəlmanları Ümrə və Həcc ziyarətlərini qeyri-müəyyən müddətə təxirə salmağa çağırıb. 

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə naziri Məhəmməd Baten dövlət televiziyasında çıxışı zamanı deyib. 

Nazir ölkəsinin zəvvarların təhlükəsizliyindən və sağlamlığından narahat olduğunu ifadə edib.

“Səudiyyə Ərəbistanı hər zaman zəvvarlara və Ümrə ziyarətçilərinə xidmət etməyə tam hazırdır. Ancaq mövcud şəraitdə qlobal pandemiyanı nəzərə alaraq, krallıq müsəlmanların və vətəndaşların sağlamlığını qorumaq istəyir. Beləliklə, bütün ölkələrdəki müsəlman qardaşlarımızdan xahiş edirik ki, vəziyyət düzələnə qədər tur operatorları ilə müqavilə bağlamazdan əvvəl gözləsinlər”, - deyə nazir bildirib.

O qeyd edib ki, Ümrə ziyarəti üçün viza alan şəxslərin viza xərcləri geri qaytarılacaq.

Xatırladaq ki, bu ilin iyul və avqust aylarında 2 milyon müsəlmanın Məkkə və Mədinəyə ziyarətləri gözlənilir.

Zümrüd Paşkin

Digər xəbərlər